"Ənsar ulİslam" ekstremistlərin hücumu nəticəsində 25 hərbçi həlak olub


Dünya 02 Okt 2019 08:40:00 300 0

"Ənsar ulİslam" ekstremistlərin hücumu nəticəsində 25 hərbçi həlak olub

Bazar ertəsi ən azı 25 Mali hərbi işçisi iki hərbi düşərgəyə ekstremist hücumlar nəticəsində öldürülüb.

Son.az Trend-ə istinadən bildirir ki, daha 60 hərbçinin taleyi hələ də məlum deyil.

"France Presse" agentliyinin verdiyi məlumata görə, Mali ordusunun batalyonu antiterror əməliyyatı zamanı düşərgələri öz nəzarətinə qaytara biliblər və eyni zamanda 15 ekstremisti ləğv edə biliblər. Ekstremistlər Malininin Burkina Faso ilə sərhəd yaxınlığındakı hərbi düşərgələrinə hücum ediblər.

Hücumun "Ənsar ul-İslam" terror qruplaşması tərəfindən həyata keçirildiyi iddia edilir. Təcavüzkarların ağır silahlardan istifadə etdiyi deyilir.