Amerikalı atlet dünya rekordunu qırıb


Digərləri 02 Okt 2019 02:07:29 355 0

Amerikalı atlet dünya rekordunu qırıb

Amerikalı atlet Donavan Brazier yüngül atletika üzrə dünya çempionatında 800 metr məsafəni qət edərək birinci yeri tutub

Bakı, Amerikalı atlet Donavan Brazier yüngül atletika üzrə dünya çempionatında 800 metr məsafəni qət edərək birinci yeri tutub. Trend-in məlumatına görə, yarışlar Qətərin paytaxtında Dohada baş tutur. 22 yaşlı idmançı 1 dəqiqə 42.34 saniyə məsafəni qət edərək dünya çempionatın rekordunu qırıb. İkinci yeri mövsümün ən yaxşı nəticəsini göstərən bosniyalı Amel Tuka(1.43.47), üçüncü yeri isə keniyalı Ferguson Rotiç(1.43.82) tutub. Brazier bu məsafədə dünya çempionu olmuş ilk amerikalı oldu. Dünya kuboku rekordundan əlavə ABŞ-ın milli rekordunu da qırmağı bacarıb.