“Çox zaman ailələr sivil qaydada boşanmırlar”


Digərləri 01 Okt 2019 22:50:00 291 0

“Çox zaman ailələr sivil qaydada boşanmırlar”

Bu ilin 6 ayında ölkədə 29391 nikah və 8257 boşanma halları qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,7-dən 6,0-a, boşanmaların sayı isə 1,5-dən 1,7-yə qədər artıb.

Bəs Azərbaycanda bu ürək açmayan statistikanın yaranmasına təsir edən əsas amillər hansılardır?

Son.az gencaile.az-a istinadən bildirir ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Rahil Süleymanzadə deyir ki, son illərdə boşanmaların artmasına təsir edən müxtəlif amillər var ki, tərəflərin valideynlərinin ailəyə müdaxiləsi, eyni zamanda insanların bir-biri ilə tanımadan ailə qurması, bir-birlərini anlamaması kimi problemləri ilk sırada saymaq olar: "Təəssüflər olsun ki, çox zaman ailələr sivil qaydada boşanmırlar və bu hal daha böyük problemlərə yol açır. Bu prosesdə isə daha çox uşaqlar əziyyət çəkir. Çünki hər iki tərəfdən uşaqlara qarşı mənəvi-psixoloji zorakılıq halları törədilir".

R.Süleymanzadə bildirir ki, ailədə övladın olmaması boşanma statistikasına çox cüzi təsir göstərir.

Komitə rəsmisinin sözlərinə görə, uşaqlı ailələrin boşanması zamanı fəsadlarla üzləşən uşaqlar Komitə tərəfindən müəyyləşdirlir: "Boşanan ailələrdə problemlə üzləşən uşaqların cəmiyyətə reinteqrasiyası doğurdan da çətin olur. İcra tədbirləri-alimentin ödənilməsi, eyni zamanda uşaqların ana və ya ata ilə ünsiyyət hüquqlarının kobud şəkildə pozulması gələcəkdə uşağın psixoloji vəziyyətinə təsir edir. Boşanmaların sayını azaltmaq üçün dövlət qurumları və QHT-lər tərəfindən maarifləndirmə tədbirləri keçirilir. Amma bu gün bu cür tədbirlərin daha da geniş şəkil almasına ehtiyac var. Bu sahədə də istər qanunvericiliyin təkmilləşdirilməsi, istərsə də yeni mexanizmlərin hazırlanması istiqamətində işlər aparılır".

R.Süleymanzadə ailələrin ciddi problemlərindən olan məişət zorakılığı ilə bağlı da məlumat verərək bildirdi ki, faktların hər birinə fərdi qaydada yanaşılmalıdır: "Bəzən sakit təbiətli bir kişi ailədə qadın tərəfindən zorakılığa məruz qalır. Bəzən bunun əksi olur. Elə hallar olur ki, kişi iqtisadi cəhətdən qadını özündən asılı vəiyyətə salmağa çalışır. Qadın işlədiyi halda əmək haqqı kişi tərəfindən mənimsənilir və evə yox digər ehtiyaclar üçün xərclənilir. Ailələrdə mənəvi-psixoloji zorakılıq daha çox törədilir. Bəzən elə hallar olur ki, rəsmi statistik məlumatlardan əlavə hüquq-mühafizə orqanlarına, yerli icra hakimiyyəti orqanlarına müraciət etməyən insanlar da olur. Yaxşı olar ki, insanlar baş vermiş zorakılıq halları ilə bağlı dərhal hüquq-mühafizə orqanlarına və yaxud yerli icra hakimiyyəti orqanlarına mürciət etsinlər ki, məsələ yerində araşdırılısın bə hər hansı cinayət hadisəsi törədilməmiş proflaktik tədbirlər aparılsın".

(adsgarden = window.adsgarden || []).push({});