Elm dünyası silkələndi – Nəzəriyyələri


Digərləri 01 Okt 2019 21:24:00 225 0

Elm dünyası silkələndi – Nəzəriyyələri

Elm adamları nəzəriyyələrə görə, mümkün olmayan nəhənglikdə yeni planet kəşf edib.

Son.az teleqraf.com-a istinadən bildirir ki, Yupiterə oxşayan planet orbitində fırlandığı Günəşlə müqayisədə qeyri-adi böyüklükdədir.

Belə planetlərin mövcudluğu indiyədək qəbul edilmiş bütün nəzəriyyələri alt-üst edir.

Yeni kəşf olunan planet ətrafında fırlandığı qırmızı rəngli ulduzdan (Günəş) o qədər də böyük deyil. Bu göy cismi Yer kürəsindən 284 trilyon məsafədə yerləşir.

Araşdırma haqda danışan İngiltərənin Varvik Universitetinin professoru Peter Uitli deyib:

"Bu, çox həyəcanvericidir. Çünki uzun müddətdir kiçik ulduzların ətrafında Yupiter və Saturn kimi nəhəng planetlərin əmələ gəlib-gəlməməsi ilə maraqlanırdıq. İndiyədək belə bir şeyin mümkün olmadığına inanırdıq. Çünki kiçik ulduzlar bizim günəşimiz kimi olanlardan sayca çox olmaqla yanaşı, onları araşdırmaq da çox çətin idi".

(adsgarden = window.adsgarden || []).push({});