Təhsil haqqını ödəyə bilməyən gənc itkin düşüb


Digərləri 01 Okt 2019 18:54:00 308 0

Təhsil haqqını ödəyə bilməyən gənc itkin düşüb

Azərbaycan Dillər Universitetinin II kurs tələbəsi Əsədulla Cəfərov 11 gündür ki, itkin düşüb.

Son.az xəbər verir ki, bu barədə qafqazinfo-ya  Ə. Cəfərovun atası Əfqan Cəfərov məlumat verib.

O qeyd edib ki, oğlu ilə sonuncu dəfə sentyabrın 18-də söhbətləşib:

"Əsədulla Azərbaycan Dillər Universitetinin ispan filologiyası ixtisası üzrə təhsil alır. Çox tərbiyəli uşaqdır. İndiyədək hər hansı səhv hərəkəti olmayıb.

Bu il onun təhsil haqqını ödəyə bilmədik. Ödənişi 1500 manat idi. I  kursdan da kəsiri olubmuş. Özü bizə utanıb heç nə deməyib. Həm təhsil haqqını ödəyə bilmədiyimizə, həm də kəsiri olduğuna görə xəcalət çəkib evdən gedib. O gündən bəri məlumatımız yoxdur. Oğluma dedim ki, bu vəziyyətə üzülməsin. Dövlətə müraciət edərik, bizə köməklik edərlər.

Özümüz hazırda Qara Qarayev ərazisində kirayədə qalırıq. 25-ci polis bölməsinə axtarış üçün müraciət etmişəm. Amma məni o tərəf-bu tərəfə yollayırlar. Özüm neçə gündür ki, oğlumu axtarıram. Oğlum hardadırsa, evimizə qayıtsın. Biz onun yolunu gözləyirik".

(adsgarden = window.adsgarden || []).push({});