Məktəbə qılıncla hücum etdi


Dünya 01 Okt 2019 18:01:00 224 0

Məktəbə qılıncla hücum etdi

Finlandiyanın Kuopio şəhərində peşə məktəbinə qılıncla hücum olub.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində bir nəfər həlak olub, 10 nəfər isə yaralanıb.

Yaralılardan ikisinin vəziyyəti ağırdır.

Qeyd olunur ki, hadisəni törədən məktəbin tələbəsi olub. O, sinifdə müəllimə hücum edəndən sonra, təşviş başlayıb.

Hücum edən saxlanılan zaman özü də xəsarət alıb. Hazırda o, xəstəxanaya yerləşdirilib.