Prezident İlham Əliyev Neft-Kimya Prosesləri İnstitutunun bir qrup əməkdaşına fəxri adlar verdi


Digərləri 01 Okt 2019 17:43:00 214 0

Prezident İlham Əliyev Neft-Kimya Prosesləri İnstitutunun bir qrup əməkdaşına fəxri adlar verdi

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarına fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.

Bakı. Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarına fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda neft-kimya elminin inkişafındakı xüsusi xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aşağıdakı əməkdaşlarına Azərbaycan Respublikasının fəxri adları verilir: “Əməkdar elm xadimi” Əlimərdanov Hafiz Mütəllim oğlu Həsənov Arif Həsən oğlu İbrahimov Hikmət Camal oğlu “Əməkdar mühəndis” Abdullayev Elmar Şahmar oğlu. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin