Erməni nəşriyyatı Türkiyədə mükafat aldı


Dünya 01 Okt 2019 17:34:00 250 0

Erməni nəşriyyatı Türkiyədə mükafat aldı

Türkiyədə 25 il əvvəl qurulmuş və erməni ədəbiyyatını nəşr və təbliğ edən "Aras" nəşriyyat evi ilin ən yaxşı nəşriyyatı mükafatına layiq görülüb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, nəşriyyatı 1993-cü ildə İstanbulda jurnalist Hrant Dink, eyni zamanda Mığırdiç Margosyan, Yetvart Tomasyan, Payline Tomasyan və Ardaşes Margosyan adlı erməni ziyalıları kiçik bir otaqda yaradıblar.

Nəşriyyat erməni dilində kitablar çap etməklə yanaşı erməni ədəbiyyatının türkcəyə tərcüməsi və yayımı ilə də məşğuldur.

Mükafatı "Dünya qəzet, kitab və jurnalı" qurumu təsis edib.