“Ortalıqda qalmışdı”


Şou-biznes 01 Okt 2019 15:27:00 324 0

“Ortalıqda qalmışdı”

Prodüser Tarix Əliyev (Tolik) üstüörtülü aparıcı Nanə Ağamalıyeva söz atıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, buna zəmin yaradan isə bu gün "Şou ATV" verilişinin yeni mövsümünə start verməsidir. Belə ki, N.Ağamalıyeva ikinci mövsümdə proqramın studiyasını dəyişdirib. Onun verilişinin yeni dekoru "5/5", yəni keçmiş "Nəsib olsa" verilişinin studiyası ilə oxşarlıq təşkil edib. Bu isə Toliki özündən çıxarıb.

O, sosial media hesabında paylaşım edərək, Nanə haqda sərt ifadələr işlədib:

"Deyirəm ki, atalar düz deyib: Təkrar biliyin anasıdır. Zaur, ikinci mərtəbədən düşmək olar, gəlib sənə rəqib olmağa cürət istəyirəm. Eşitdim ki, kimsə məni rəqib görmür, amma reytinqlərdə bunu deməyə cürət etmir. Çünki onu deyən özü ortalıqda qalmışdı. ATV ona sahib çıxdı, gəlib özünü müdirlər sırasında saldı.