"Hörümçək adamlar" evləri belə soydular


Digərləri 01 Okt 2019 13:25:00 229 0

"Hörümçək adamlar" evləri belə soydular

İstanbulda iki nəfər evlərin balkonuna çıxaraq oğurluq edib.

Son.az ölkə.az-a istinadən bildirir ki, "Hörümçək adam" kimi divara dırmaşan oğrular polislər tərəfindən saxlanılıblar.

Onların evlərin eyvanlarına çıxdıqları anlar güvənlik kameralarına düşüb.

Maltepedə 3 evi soyan şəxslərdən biri yeniyetmə yaşındadır və motosikletlə qaçarkən ələ keçib. O, qaçdığı nəqliyyat vasitəsini də oğurlayıbmış. Tezliklə onun suç ortağı da polislər tərəfindən saxlanılıb.

Şəxslərdən birinin həbsxanadan qaçdığı, 17 ayrı cinayətdən axtarışda olduğu bildirilib.

(adsgarden = window.adsgarden || []).push({});