Goranboyda silah anbarı tapıldı


Digərləri 01 Okt 2019 13:47:00 264 0

Goranboyda silah anbarı tapıldı

Goranboy rayonunda silah-sursat aşkar olunub.

Daxili İşlər Nazirliynin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, Xocalı rayon polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonunun Erkəc kəndi ərazisində 1 ədəd "TOZ-16" və 1 ədəd "İJ" markalı ov tüfəngləri, 1 ədəd "F-1" və 1 ədəd "RQD-5" qumbaraları, 1 ədəd tank əleyhinə qumbara, 8 ədəd patron darağı, 2145 ədəd müxtəlif çaplı patron,1 ədəd alıçdırıcı və 1 ədəd pulemyot lenti tapılıb.

Faktla bağlı araşdırma aparılır.