Karateçilərimiz Moskvada Karate1 Premyer Liqa turnirində iştirak edəcəklər


Digərləri 01 Okt 2019 12:22:02 222 0

Karateçilərimiz Moskvada Karate1 Premyer Liqa turnirində iştirak edəcəklər

Azərbaycan karateçiləri 4-6 oktyabr tarixlərində Moskvada Karate1 Premyer Liqa turnirində iştirak edəcəklər.

Bakı. Azərbaycan karateçiləri 4-6 oktyabr tarixlərində Moskvada Karate1 Premyer Liqa turnirində iştirak edəcəklər. Trend-in məlumatına görə, Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışının 6-cı mərhələsində 20 idmançımız mübarizə aparacaq. 23 sentyabrdan Rusiyanın paytaxtına 10 günlük təlim-məşqlərə yollanan 13 nəfərlik heyətlə birlikdə daha 7 idmançımız turnirdə çıxış edəcək. Kumite üzrə kişilərdən ibarət milli komandanın baş məşqçisi Bahəddin Kandaz və böyük məşqçilər Şahin Xudaverdiyev, Qurban Tağıyev və qadınlar milli komandasının baş məşqçisi Denis Morozovun rəhbərliyi altında yarışda Firdovsi Fərzəliyev (-60 kq), Rafiz Həsənov, Hümmət Baxşəliyev və Tural Ağalarzadə (-67 kq), Rafael Ağayev (-75 kq), Ayxan Mamayev, Pənah Abdullayev və Turqut Həsənov (-84 kq), Asiman Qurbanlı, Şahin Atamov və Əli Cəfərov (+84 kq), eləcə də Nuranə Əliyeva (-50 kq), İlahə Qasımova (-55 kq), Fəridə Abiyeva (-61 kq), İrina Zaretska (-68 kq) və Fəridə Əliyeva (+68 kq) mübarizə aparacaq.