“Samsung”un bu smartfonu eksklüziv olaraq Kontakt Home-da


Digərləri 01 Okt 2019 12:00:00 289 0

“Samsung”un bu smartfonu eksklüziv olaraq Kontakt Home-da

Samsung şirkətinin qlobal bazara yeni təqdim etdiyi Galaxy A30s modelinin 4/64GB versiyası Azərbaycanda rəsmi olaraq eksklüziv şərtlərlə Kontakt Home mağazalarında satışa buraxılıb.

Bakı. Samsung şirkətinin qlobal bazara yeni təqdim etdiyi Galaxy A30s modelinin 4/64GB versiyası Azərbaycanda rəsmi olaraq eksklüziv şərtlərlə Kontakt Home mağazalarında satışa buraxılıb. Kontakt Home müştərilərinə eksklüziv təkliflər təqdim etməyə davam edir və elektronika sahəsində ən gözlənilən yenilikləri yerli bazara ilk olaraq təklif etməyə çalışır. Bu dəfə isə müştərilərdən daxil olan böyük istəyi nəzərə alaraq, yenilənmiş Galaxy A30s modelinin ən böyük həcmli versiyasını Azərbaycanda rəsmi olaraq ilk dəfə satışa çıxarıb. Yeniliyin bu versiyasında 4 GB operativ yaddaş hesabına tətbiqlər daha rahat və effektiv çalışır, 64 GB daxili yaddaş isə daha çox materialı smartfonda saxlamağa imkan yaradır, bununla onun daha sürətli işini təmin edir. Daxili yaddaş həm də micro SD kart vasitəsilə 512 GB-dək artırıla bilər. Məhz bu göstəricilər smartfonun 4/64 GB versiyasının müştərilər tərəfindən daha çox tələb olunmasına səbəb olub. Smartfon öncəki Galaxy A30 modelinin bir çox üstün xüsusiyyətini özündə saxlamaqla bərabər, daha da təkmilləşdirilərək maraqlı yenilikləri ilə müştərilərin zövqünü oxşaya bilib. Bunlar nədir? Smartfonun öncəki versiyadan həm dizayn, həm də funksionallıq baxımdan üstünlükləri var. Belə ki, A30s-in əsas kamerası 16+5 meqapiksellik ikili kameradan 25+5+8 meqapiksellik üçlü kamerayadək yüksəldilib. İndi onunla daha genişbucaqlı və daha canlı çəkilişlər etmək olar. Aparatın dizaynında da nəzərəçarpan dəyişikliklər var. Barmaq izi skaneri artıq arxa korpusda deyil, ön touchscreen ekranda yerləşdirilib, bu da smartfonu daha bahalı göstərir. Smartfonu bahalı göstərən təkcə bu deyil, həm də arxa korpusun holoqrafik dizaynıdır. Xüsusi dizayn işıq şüalarını fərqli rənglərdə əks etdirir.A30s modeli Kontakt Home mağazalarında hər 3 rəngdə: ağ, qara və bənövşəyi rənglərdə təqdim olunub.