Efirdə Toliklə müğənni arasında GƏRGİNLİK


Şou-biznes 01 Okt 2019 10:41:00 219 0

Efirdə Toliklə müğənni arasında GƏRGİNLİK

"Hər şey daxil"in bugünkü buraxlışı ilk dəqiqələrində gərginliklə yadda qalıb.

Son.az xəbər verir ki, studiaya daxil olduğu ilk saniyələrdən gərginliyi hiss edilən verilişin aparıcısı Tarix Əliyev (Tolik) tamaşaçılarla salamlaşdıqdan sonra aqressiyasını ifadə edib:

"Kim ki, məni burada əsəbləşdirir, bilmirəm onlara nə deyim. Amma mənim qarğışım tutur ha! Bir də görürsünüz gələndə uçmusunuz. Bir-iki nəfər xətrimə dəydi, vəzifədən atdılar onları bayıra. Yəni ki, bu da olacaq. Bu, birinci və axırıncı dəfə olsun. Demirəm nə idi bu, amma birinci və axırıncı dəfə olsun. Ürəyinizdə də yola verməyin ki, məni yola vermək olar, yox! 

Mən hər gün bura 9-a 20 dəqiqə işləmiş girirəm. Bunlar bu povilyona, amma 10-a 20 dəqiqə işləmiş gəlir. Verilişdən 10 dəqiqə qabaq burada olurlar. Çünki bunlara veriliş o qədər də vacib deyil ki. Əsas burada oxusunlar, toy tutsunlar özlərinə. Mən dediyimi edəcəksən burada sən. Vüqar ("Cahan" qrupunun prodüseri) dediyini "Anamın yeməyi"ndə edərsən sən"

Söhbətin onlardan getdiyini anlayan "Cahan" qrupunun üzvü Cahid aparıcının sözlərinə "Vüqar dediyini, sən dediyini, ümumiyyətlə, etmirik" ifadəsi ilə reaksiya verib.