Baş Prokuror: "Rafael Cəbrayılovun aldığı borcla bağlı vətəndaşlar məhkəmələrə müraciətlər ediblər"


Digərləri 01 Okt 2019 10:50:00 206 0

Baş Prokuror: "Rafael Cəbrayılovun aldığı borcla bağlı vətəndaşlar məhkəmələrə müraciətlər ediblər"

Mərkəzi Seçki Komissiyası deputat Rafael Cəbrayılovun fəaliyyətinə xitam verdikdən sonra bu məsələ müzakirə olunacaq.

Son.az Trend-ə istinadən əbər verir ki, bunu jurnalistlərə açıqlamasında Baş Prokuror Zakir Qaralov deyib.

Onun sözlərinə görə, R.Cəbrayılovun aldığı borcla bağlı vətəndaşlar məhkəmələrə müraciətlər ediblər: "İddia ərizəsinə mülki qaydada baxılır. Məhkəmə baxışında əgər onun tərəfindən dələduzluq və ya cinayət faktı müəyyən ediləcəksə, onun barəsində xüsusi qərardad çıxarılaraq prokurorluğa göndəriləcək. Bundan sonra biz həmin araşdırmaları aparacağıq".

Qeyd edək ki, ötən gün Milli Məclisin keçirilən plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, deputat Rafael Cəbrayılov mandatdan imtina etməsi barədə müraciət edib.