“Porsche” trolleybusula toqquşdu:


Dünya 01 Okt 2019 11:03:00 204 0

“Porsche” trolleybusula toqquşdu:

Moldovanın Kişinyov şəhərində minik avtomobilinin və trolleybusun iştirakı ilə ağır yol qəzası baş verib.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, insident ötən gün Alba Yuliya və Onisifor Qibu küçələrinin kəsişməsində qeydə alınıb.

Məlumata görə, 22 saylı marşrut trolleybusu "Porsche" markalı minik maşını ilə toqquşub. Qəzanın şiddətindən idarəetmədən çıxan trolleybus səkidə dayanan piyadaların arasına sürülüb. İlkin məlumatlara görə, nəticədə 1 nəfər ölüb, 18 nəfər isə xəsarət alıb.

Hüquq-mühafizə orqanları tərəfindən hadisənin dəqiq səbəbləri araşdırılır.

(adsgarden = window.adsgarden || []).push({});