Baş prokuror: Azərbaycanda cinayət növlərinin sayı azalıb


Digərləri 01 Okt 2019 09:43:00 238 0

Baş prokuror: Azərbaycanda cinayət növlərinin sayı azalıb

Cinayətkarlığa qarşı qətiyyətli mübarizə aparılmaqla kriminogen durumun stabilliyi və bütün mənfi təzahürlərin qarşısının alınması təmin edilir.

Bakı. Elçin Mehdiyev – Prokurorluq orqanlarının daxili işlər, ədliyyə, dövlət təhlükəsizliyi və məhkəmə orqanları ilə əlaqəli şəkildə birgə fəaliyyətinin nəticəsi olaraq ölkədə dayanıqlı ictimai-siyasi sabitlik qorunaraq dövlət maraqlarının müdafiəsi, cinayətkarlığa qarşı qətiyyətli mübarizə aparılmaqla kriminogen durumun stabilliyi və bütün mənfi təzahürlərin qarşısının alınması təmin edilir. Trend-in məlumatına görə, bunu Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov deyib. Z.Qaralov bildirib ki, görülmüş səmərəli birgə tədbirlərin nəticəsi olaraq cinayətkarlığın dinamikasında və xarakterində müsbət cəhətlər möhkəmlənmiş, cari ilin birinci yarımilində qeydə alınmış bir sıra cinayət növlərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.