Astarada “LADA” aşdı - 1 ölü


Digərləri 01 Okt 2019 09:33:00 250 0

Astarada “LADA” aşdı - 1 ölü

Astarada “LADA” markalı minik avtomobili yol kənarına aşıb.

Bakı. Astarada “LADA” markalı minik avtomobili yol kənarına aşıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Astara rayonunun Kijəbə kəndi ərazisində “LADA” markalı minik avtomobili yol kənarına aşıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.