Türkiyədə tunel çökdü:


Dünya 01 Okt 2019 09:11:00 241 0

Türkiyədə tunel çökdü:

Türkiyənin Kayseri vilayətində xəzinə ovçuları çökən tunelin dağıntıları altında qalıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, 1 nəfər yaralanıb.

Məlumata əsasən, hadisə Melikgazi rayonunda baş verib. Xəzinə tapmaq üçün qazılmış yeraltı tunelin çökməsindən sonra iki nəfər dağıntılar altında qalıb.

Hadisə ilə bağlı araşdırma başlayıb.