Təkərli arabaya düşüncə gücüylə nəzarət etmək mümkün olacaq


Digərləri 01 Okt 2019 08:25:00 237 0

Təkərli arabaya düşüncə gücüylə nəzarət etmək mümkün olacaq

Beyin-maşın interfeysləri (BMI) istiqamətində araşdırmalar bir çox şirkət tərəfindən aparılır. Yeni nəşr olunan bir məqalə ilə araşdırmaçıların məqsədi, fiziki maneəli insanlara beyin-maşın interfeysi istifadə edən bir təkərli araba yaratmaq olduğu açıqlandı.

Son.az deyerler.org-a istinadən bildirir ki, Nature Machine Intelligence jurnalında nəşr olunan yeni bir məqalə ilə əlillərin, BMI (beyin-maşın interfeysi) texnologiyaları ilə təkərli arabaya nəzarət etməsini təmin edəcək bir ixtiranın təfərrüatları açıqlandı.

Bu an mövcud olan BMI sistemləri, elektroensefaloqraf(EEG) adı verilən böyük bir sistemin istifadə edilməsini tələb edir. Ənənəvi olaraq EEG siqnalları, başın hamısını örtən başlıqlar istifadə edilərək ölçülür. Yeni ixtirada araşdırmaçılar, bu texnologiyanı daha da kiçiltmək və gündəlik işlərdə asanlıqla istifadə edilə biləcək hala gətirməyə çalışırlar.

Corciya Texnologiya Universiteti, Kent Universiteti və Uiçita Dövlət Universitetindən bir qrup araşdırmaçı, bədənə taxıldığında gözə dəyməyən bir EEG sistemi yaratmaq üzrə ixtiraya imza atdı. Bu sistem tərəfindən əldə edilən məlumatlar işlənir və 15 metr məsafəyə qədər işləyən bluetooth vasitəsilə bir kompyuterə göndərilir.

(adsgarden = window.adsgarden || []).push({});