Bakıda bağda döyülərək öldürülən şəxslə bağlı 2 nəfər saxlanıldı
Digərləri 01 Okt 2019 08:13:00 251 0
Sentyabrın 28-də Bakı şəhər sakini Bağır Piriyevin xəsarətlə xəstəxanaya yerləşdirilməsi və orada ölməsi barədə Xətai RPİ-nin 35-ci Polis Bölməsinə məlumat daxil olub.
Son.az Trend-ə istinadən bildirir ki, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat tədbirləri ilə B.Piriyevin həmin gün saat 11 radələrində nəzarətçi işlədiyi MMC-lərdən birinə məxsus bağda Bakı şəhər sakinləri R.Ağayev və qardaşı K.Ağayev tərəfindən münaqişə zəminində döyülməsi müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən hər 2 şəxs saxlanılıb.
Mənbə: milli.az