İcbari tibbi sığorta sistemi nə vəd edir?


Digərləri 01 Okt 2019 08:14:00 368 0

İcbari tibbi sığorta sistemi nə vəd edir?

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə səhiyyəsində aparılan islahatlar çərçivəsində gələn ildən icbari tibbi sığorta sisteminin ölkə üzrə tətbiq edilməsi əhalinin tibbi xidmətlərə əlçatanlığını artıracaq və səhiyyə xərcləri ilə bağlı maliyyə yükünü azaldacaq.

Son.az xəbər verir ki, bu barədə Trend-ə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, sistemin tətbiqi ilə bağlı həyata keçirilən pilot layihə dövründə görülən işlər, qazanılan müsbət nəticə və təcrübə Prezident İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib.

V.Qurbanov bildirib ki, pilot layihənin həyata keçirildiyi müddətdə yeni maliyyələşmə mexanizminin əsası qoyulub, tibb işçilərinin əməkhaqları artırılıb və beynəlxalq təcrübədə geniş vüsət almış adambaşına ödəniş metodu tətbiq edilib. Tibb işçilərinin fəaliyyətlərinin qiymətləndirilməsində tətbiq edilən yeni yanaşma nəticəsində pilot ərazilərdə əməkhaqqı fondu 2016-cı il ilə müqayisədə 2018-ci ildə ümumilikdə 1.8 dəfə artıb.