Payızlıq əkin sahələrinin 70,6 faizi şumlanıb


Digərləri 30 Sen 2019 22:55:00 399 0

Payızlıq əkin sahələrinin 70,6 faizi şumlanıb

Ölkə ərazisində 56 min hektar sahədə səpin işi aparılıb

Bakı. Samir Əli - Azərbaycanda payızlıq əkinlər üçün şum prosesi davam edir. Ümumilikdə bu il 1047136 hektar sahədə payızlıq şum proqnozlaşdırılır. Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 30-dək 739595 hektar sahədə şum aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 426680 hektar artıqdır. Artıq ölkə üzrə payızlıq əkin üçün proqnozlaşdırılan sahələrin 70,6 faizi şumlanıb. Ümumilikdə şum prosesinə 2355 traktor cəlb olunub. Ağcabədi, Qobustan və Salyan rayonlarında payızlıq əkin şumu tam yekunlaşıb, Füzuli (99%), Xocavənd (93,5%), Bərdə (94,3%), Oğuz (96%), Kürdəmir (94,7%), İmişli (91,8%), Ağstafa (95%) və Yevlax (95,8%) rayonlarında şum prosesinin yaxın günlərdə yekunlaşacağı gözlənilir.