Cəmi 3 gün fastfood yemək yaddaş və beyni zəiflədir ALİMLƏR


Digərləri 30 Sen 2019 22:35:00 385 0

Cəmi 3 gün fastfood yemək yaddaş və beyni zəiflədir  ALİMLƏR

6 ay ərzində cəmi 5-6 həftə hər gün fast-food qidaları, bizdə bu dönər, hamburger, qızarmış toyuq, kartof, pirojki və s. hesab olunur yemək beynin fəaliyyətini tamamilə sıradan çıxara bilir.

Alimlər qeyri-düzgün qidalanma ilə yaddaşın getdikcə pisləşməsi arasında əlaqəni və təsiri araşdırıb.

Nəticələr göstərib ki, fast-food və un tərkibli bişmiş məmulatlar beyin hüceyrələrini zədələyir. 

Son.az medicina.az-a istinadən bildirir ki, bu tədqiqat Avstraliya alimləri tərəfindən kafeteriya dietasının, yəni kafe yeməklərinin və müxtəlif un məmumatlarının siçanların üzərində aparılıb. 

Siçanları 4 qrupa bölüblər: bir qrupu yüksək yağ və şəkər tərkibli qidalar, 2-ci qrupu qeyri-sağlam qida, 3-cü qrupu kafeteriya fast-foodu, 4-cü qrupu isə yalnız sağlam qida ilə qidalandırıblar.

Eksperiment 6 həftə davam edib.

Sonda məlum olub ki, yalnız fast food yeyən siçanlarda yaddaş çox pisləşib. 

(adsgarden = window.adsgarden || []).push({});