Bakıda qəza: piyada öldü


Digərləri 30 Sen 2019 20:39:00 254 0

Bakıda qəza: piyada öldü

Binəqədi qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, sentyabrın 28-də saat 19 radələrində Binəqədi rayonunun Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini Ə.Abdullayev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən həmyerlisi Zərxanım Allahverdiyevanı vurub. Nəticədə piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.