“Gözüm görəgörə qaraciyərimi deşiblər”


Şou-biznes 30 Sen 2019 19:49:00 242 0

“Gözüm görəgörə qaraciyərimi deşiblər”

"O qadın demişdi ki, səni hər yerdən çıxdaş edəcəm, bu aləmdən siləcəm".

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri "ATV maqazin onlarla" verilişində şairə Nazilə Səfərli aşıqlardan biri haqda danışarkən deyib. Şairə onu toy camiəsindən silmək istəyən qadından söz açıb:

"Evimdə ağır xəstəm var idi. 2 min manata olan dərman almalı idim. O toya ki, mən getməli idim. Oradan aldığım qazancla həmin dərmanı alacaqdım. Toy sahibi üç gün qalmış dedi ki, sən o qədər tanınmış deyilsən, başqa aşıq xanım gələcək. Anam dedi ki, o, gəlsin. Həmin aşıq da "Nazilə gəlirsə, mən gəlmirəm" deyə, şərt qoyub. Belə şeylər məni dəmir etdi. Həyat döydü məni. Utandım Aşıq Zülfiyyəyə deyəm ki, həmin pulu dərmana verəcəm. Dedim ki, evimin damını bağlayıram, bir aylıq mənə 2 min manat verə bilərsən? Qisas qiyamətə qalmır. O, məni silməyində olsun, özü silindi getdi".

N.Səfərli dəfələrlə əməliyyat masasına uzandığını da etiraf edib: