Cəlilabadda “Mercedes” su kanalına aşdı - Ölən və yaralananlar var


Digərləri 30 Sen 2019 19:08:00 233 0

Cəlilabadda “Mercedes” su kanalına aşdı - Ölən və yaralananlar var

Cəlilabad rayonunun Üçtəpə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Bakı. Samir Əli - Cəlilabad rayonunun Üçtəpə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 29-da saat 9 radələrində Cəlilabad rayonunun Üçtəpə kəndi ərazisində Masallı rayon sakini Ş.Dadaşov idarə etdiyi “Mercedes” markalı avtomobili yolun kənarından keçən su kanalına aşırıb. Nəticədə sərnişini olan həmyerlisi Emin Əlibəyli hadisə yerində ölüb, özü və 3 sərnişini xəstəxanaya yerləşdiriliblər. Cəlilabad RPŞ tərəfindən araşdırma aparılır.