“İstəsəydim, işdən başqa cür çıxardım”


Şou-biznes 30 Sen 2019 18:09:00 266 0

“İstəsəydim, işdən başqa cür çıxardım”

Müğənni Rüfət Axundov "X maqazin" verilişində qonaq olub.

Son.az axşam.az-a istinadən bildirir ki, o, bir neçə ay öncə "Space" TV-də səhər verilişi zamanı söyüşlü mahnı ifa etmələri ilə bağlı hadisəyə münasibət bildirib.

"Başıma o qədər işlər gəlib ki... Bu, adi bir iş idi. Həyatda səhvsiz insan yoxdur. Heç kim sığortlanmayıb. Ölümə çarə yoxdur. İstəsəydim, işdən başqa cür çıxardım. Susdum, nə var nə yox, demədim", - Rüfət söyləyib.

Qeyd edək ki, aprelin 5-də "Space TV"də "Hər səhər" verilişində müğənni R.Axundovla R.İlyasov qonaq olub. Milli Tеlеviziya və Radiо Şurasının (MTRŞ) yaydığı məlumata əsasən, R.Axundov mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələrdən istifadə edib. Kanalın efirində getmiş ədəbsiz söz və ifadələr Şura tərəfindən aparılan monitorinqlər zamanı aşkar olunub. MTRŞ aprelin 5-də kanal rəhbərliyinin iştirakı ilə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, 5-8 min manat cərimə olunmasına dair protokol tərtib edib. Həmçinin televiziya və radio rəhbərlərinə şifahi xəbərdarlıq edilərək  R.Axundovun efirə çıxmasına məhdudiyyət qoyulub.