Oksana əməliyyat olunacaq "Müalicə ilə aradan qaldırmağa çalışıram, alınmır"


Şou-biznes 30 Sen 2019 15:57:00 244 0

Oksana əməliyyat olunacaq  "Müalicə ilə aradan qaldırmağa çalışıram, alınmır"

Rəqqasə Oksana Rəsulova əməliyyat etdirəcək.

Son.az axşam.az-a istinadən bildirir ki, bu haqda sənətçi "ATV maqazin onlarla"da deyib. O bildirib ki, dizində problem var:

"Dizimdə yırtıq yaranıb, müalicə edilməlidir. Hətta həkim əməliyyat tapşırıb. Əməliyyatdan qaçıram, müalicə ilə aradan qaldırmağa çalışıram. Amma alınmır. Oturub-duranda əziyyət verir. Deyirlər, əməliyyatdan sonra fəsadı ola bilər. Ona görə də çəkinirəm".