118 il əvvəl batmış “kabus gəmisi” tapıldı FOTO


Dünya 30 Sen 2019 14:45:00 199 0

118 il əvvəl batmış “kabus gəmisi” tapıldı  FOTO

Amerikalı dalğıclar 1901-ci ildə Minnesota ştatındakı Superior gölündə batan gəmi aşkarlayıblar. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, yerli sakinlər onu "kabus gəmisi" adlandırırlar. 

Gəmi gölün 250 metr dərinliyində aşkarlanıb. Araşdırmaçılar onun şəklini çəkməyə nail olublar. 

Məlumata görə, 1888-ci ildə hazırlanmış gəmi praktiki cəhətdən heç bir zədə almayıb. 

Bildirilib ki, gəmi 118 il əvvəl, 1901-ci ilin sentyabrında güclü qasırğa zamanı batıb. Hadisə zamanı bəzi gəmiçilərin meyitləri çıxarılıb, qalanlarının taleyi isə hələ də məlum deyil. 

(adsgarden = window.adsgarden || []).push({});