"Özündən xəbəri olmayan insan cibində pulla efirə gəlir"


Şou-biznes 30 Sen 2019 15:16:00 287 0

"Özündən xəbəri olmayan insan cibində pulla efirə gəlir"

Mədəniyyəti bir insan yaşatmır, dəyərli sənətkarlar yaşadır. Bir-birimizin konsertinə getmiriksə, dəstək olmuruqsa, hansı mədəniyyətdən, birlikdən, cəmiyyətdən, töhfədən danışırıq?

Son.az axşam.az-a istinadən bildirir ki, bu sözləri Əməkdar artist Tünzalə Ağayeva "X maqazin" verilişinə müsahibəsində deyib.

O, pul ödəyib, efirə çıxan ifaçıları tənqid edib:

"Hər şey pulla ölçülmür. Özfəaliyyətdə yaşayan, danışığından, özündən xəbəri olmayan insan cibində pulla efirə gəlir, keyfim nə istəyir edirəm deyir. Azadlıq anarxiya demək deyil".