Səbinənin evini soyduğu müğənni: “Anası mənə zəng etmişdi...”


Digərləri 30 Sen 2019 13:09:00 318 0

Səbinənin evini soyduğu müğənni: “Anası mənə zəng etmişdi...”

Bakıda tanınmış estrada müğənnisi Fuad Musayevin evindən oğurluq edilib.

Son.az redaktor.az-a istinadla xəbər verir ki, ötən həftə müğənninin Səbail rayonu, Bayıl qəsəbəsindəki mənzildən içərisində 1800 ABŞ dollar olan seyf oğurlanıb.

Hadisə vaxtı Rusiyada olan müğənni oğurluq faktı ilə bağlı Səbail Rayon Polis İdarəsinin (RPİ) 8-ci Bolis Bölməsinə (PB) müraciət edib.

Səbail RPİ-in Cinayət Axtarış Şöbəsi və 8-ci PB əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Kənan Nəcəfov, Ceyhun Cəbiyev və Səbinə Atakişiyeva saxlanılıblar.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Fuad Musayev faktı təsdiq edib. O qeyd edib ki, saxlanılan gənclərdən biri qonşusudur:

"Düzünü deyim ki, mən bu məsələnin ictimailəşməsini istəmirdim. Bəli, oğurluq edilən ev mənə məxsusdur. Oğurluqda şübhəli bilinən gənclərdən biri - Səbinə qonşunun qızıdır. Yəqin nə vaxtsa uzaq səfərə gedəndə açarı onlara vermişik, bundan istifadə edib".