Səfir: Almaniya Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq sazişinin imzalanmasını istəyir


Digərləri 30 Sen 2019 12:52:27 267 0

Səfir: Almaniya Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq sazişinin imzalanmasını istəyir

Almaniya tez bir zamanda Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlıq sazişinin imzalanmasını istəyir

Bakı. Ləman Zeynalova - Almaniya tez bir zamanda Avropa İttifaqı (Aİ) ilə Azərbaycan arasında tərəfdaşlıq sazişinin imzalanmasını istəyir. Trend-in məlumatına görə, bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq mətbuat konfransında deyib. Səfir bildirib ki, bu saziş müxtəlif sahələri, o cümlədən ticarəti əhatə edəcək: “Biz Azərbaycana səfər edən iş adamlarının sayının artmasını istəyirik. Bu saziş Azərbaycana xarici investisiyalar üçün hüquqi baza da yaradacaq”. Onun sözlərinə görə, 2020-ci ilədək Almaniya BMT Təhlükəsizlik Şurasında sədrlik edəcək: “Biz bu struktur çərçivəsində Azərbaycanla əməkdaşlığımızı genişləndirmək istəyirik”. Səfir əlavə edib ki, 2020-ci ilin yayında Almaniya Avropa İttifaqında, payızında isə Avropa Şurasında sədrlik edəcək: “Bunlar da Azərbaycan üçün vacib təşkilatlardır. Biz istəyirik ki, Azərbaycan Aİ strukturları ilə daha da yaxınlaşsın və sıx əməkdaşlıq etsin. Söhbət ikitərəfli münasibətlərin inkişafından gedir”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin