Müəllimlər üçün yekun qiymətləndirmə başa çatıb FOTO


Digərləri 30 Sen 2019 12:24:00 264 0

Müəllimlər üçün yekun qiymətləndirmə başa çatıb  FOTO

Məktəbəhazırlıq qruplarında tədris aparacaq müəllimlər üçün yekun qiymətləndirmə başa çatıb.

Son.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Trend-ə verilən məlumata görə, imtahanda Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən təşkil olunmuş "Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası" proqramı üzrə təlimləri başa vuran 1000-ə yaxın ibtidai sinif müəllimi iştirak edib.

Müəllimlər 45 dəqiqə vaxt ərzində onlayn şəkildə 25 test sualını cavablandırıblar.

İmtahanda iştirak etmiş müəllimlərə müvafiq ixtisasartırma sertifikatları təqdim olunacaq. Oktyabrın 1-dən isə həmin müəllimlər məktəbəhazırlıq qruplarında fəaliyyətə başlayacaqlar.