Səfir: Azəbaycan Almaniya üçün strateji cəhətdən vacib ölkədir


Digərləri 30 Sen 2019 12:20:00 193 0

Səfir: Azəbaycan Almaniya üçün strateji cəhətdən vacib ölkədir

Azəbaycan Almaniya üçün strateji cəhətdən vacib ölkədir

Bakı. Ləman Zeynalova - Azəbaycan Almaniya üçün strateji cəhətdən vacib ölkədir. Trend-in məlumatına görə, bunu Almaniyanın Azərbaycandakı səfiri Volfqanq Maniq mətbuat konfransında deyib. O, Azərbaycanda ilk dəfə 1994-cü ildə olduğunu deyib: “O zaman ölkədə vəziyyət tamamilə başqa cür idi. Mən o dövrdə böhran yaşayan postsovet ölkələri üzrə departamentdə işləyirdim. Azərbaycanda səfir olmaq imkanı barədə eşidəndə öz namizədliyimi irəli sürdüm. Mən yeganə namizəd olmasam da, bəxtim gətirdi ki, bu ölkəyə səfir olaraq gəldim”. Səfir qeyd edib ki, son 12-15 ay ərzində Almaniyadan Azərbaycana nümayəndə heyətlərinin səfərlərinin sayı artıb: “Bunun səbəbi Azərbaycanın Almaniyanı neftlə təmin edən beşinci ölkə olması deyil, Azərbaycanın Almaniya üçün strateji vacib ölkə olmasıdır”. O əlavə edib ki, 1,4 minə yaxın azərbaycanlı tələbə Almaniya universitetlərində təhsil alır. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin