Bakıda 8ci sinif şagirdi itkin düşüb FOTO


Digərləri 30 Sen 2019 10:50:00 253 0

Bakıda 8ci sinif şagirdi itkin düşüb  FOTO

Bakıda yeniyetmə itkin düşüb.

Son.az Trend-ə istinadən xəbər verir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini 2005-ci il təvəllüdlü Əliyev Murad Məhərrəm oğlu yoxa çıxıb.

Yaxınlarının verdiyi məlumata görə, yeniyetmə ötən gün saat 16 radələrində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Onlar M. Əliyevin itkin düşməsi barədə polisə də məlumat verdiklərini bildiriblər.

Qeyd edək ki, Murad Əliyev 310 saylı orta məktəbin şagirdidir. O, hazırda 8-ci sinifdə oxuyur.