Bakıda 8-ci sinif şagirdi itkin düşüb (FOTO)


Digərləri 30 Sen 2019 10:45:41 227 0

Bakıda 8-ci sinif şagirdi itkin düşüb (FOTO)

Bakıda yeniyetmə itkin düşüb.

Bakı. Ceyhun Ələkbərov - Bakıda yeniyetmə itkin düşüb. Trend-in məlumatına görə, Sabunçu rayonu, Bakıxanov qəsəbə sakini 2005-ci il təvəllüdlü Əliyev Murad Məhərrəm oğlu yoxa çıxıb. Yaxınlarının verdiyi məlumata görə, yeniyetmə ötən gün saat 16 radələrində yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Onlar M. Əliyevin itkin düşməsi barədə polisə də məlumat verdiklərini bildiriblər.