Bakıda 47 yaşlı kişinin meyiti tapıldı


Digərləri 30 Sen 2019 10:26:00 225 0

Bakıda 47 yaşlı kişinin meyiti tapıldı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Suraxanı rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Nazirlikdən Son.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilə daxil olaraq orada aşkarlanan 1973-cü il təvəllüdlü Əliyarov Tariyel Rüstəm oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.