DİQQƏT! Bu ərazidə rənglənmə işləri aparılacaq


Digərləri 30 Sen 2019 09:44:05 213 0

DİQQƏT! Bu ərazidə rənglənmə işləri aparılacaq

Hacıqabul-Ələt istiqamətində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

Bakı. Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul-Ələt istiqamətində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır. Bu barədə Trend "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinə istinadən məlumat verir. İşlər bu gün axşam saatlarınadək davam edəcək. Bu müddət ərzində hərəkət hissə-hissə işlər aparılan zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.