Sabunçudakı 2 nömrəli doğum evi təmir ediləcək


Digərləri 30 Sen 2019 09:07:00 212 0

Sabunçudakı 2 nömrəli doğum evi təmir ediləcək

Səhiyyə Nazirliyi Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyindəki 2 nömrəli doğum evi təmir ediləcək.

Bakı. İlhamə İsabalayeva - Səhiyyə Nazirliyi Bakı Şəhər Baş Səhiyyə İdarəsinin tabeliyindəki 2 nömrəli doğum evi təmir ediləcək. Trend-in məlumatına görə, əsaslı təmiri işlərinin satın alınması üçün artıq açıq tender elan edilib. Tender təklifləri oktyabrın 25-dək tender komissiyasına təqdim edilməlidir. İddiaçıların təklif zərfləri oktyabrın 28-də açılacaq.