Şamaxıda Nəsimiyə həsr olunan müasir incəsənət instalyasiyasının açılışı olub (FOTO)


Digərləri 29 Sen 2019 21:11:35 394 0

Şamaxıda Nəsimiyə həsr olunan müasir incəsənət instalyasiyasının açılışı olub (FOTO)

Azərbaycanda Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən ikinci Nəsimi - Poeziya, incəsənət və mənəviyyat Festivalı davam edir

Bakı. Vüqar İmanov - Azərbaycanda Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən ikinci Nəsimi - Poeziya, incəsənət və mənəviyyat Festivalı davam edir. Trend-in məlumatına görə, festival çərçivəsində Şamaxı rayonunun Meysəri kəndində İmadəddin Nəsimiyə həsr olunan müasir incəsənət instalyasiyasının açılışı olub. Yüngül metal hissəciklərdən hazırlanan "Nəsiminin ruhu" əsərin müəllifi rəssam, videoart ustası, heykəltəraş və dizayner, qeyri-adi işıq və kölgə instalyasiyalarının müəllifi Rəşad Ələkbərovdur. Tədbirdə Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Prezident Administrasiyasının humanitar siyasət məsələləri şöbəsinin müdiri Fərəh Əliyeva, Şamaxı rayon İcra hakimiyyətinin başçısı Tahir Məmmədov, ictimaiyyət nümayəndələri, mədəniyyət və elm xadimləri, xarici qonaqlar iştirak edib. Rəşad Ələkbərov Trend-ə deyib ki, əsərin ideyası Nəsiminin "Surəti gör bəyan ilə, çünki bəyanə sığmazam" beytindən götürülüb: