Kişi və qadının ailədə hüquq və vəzifələri


Digərləri 29 Sen 2019 21:10:00 309 0

Kişi və qadının ailədə hüquq və vəzifələri

Dinimiz insanları daima evlənməyə təşviq edən bir dindir. Buyurur ki, evli insanın qıldığı namaz subay insanın qıldığı namazdan xeyli çox savaba malikdir.

Evli cütlərin hər birinin haqq və hüquqları vardır. Dinimiz onların müştərək riayət etməli olduqları haqları bizə tanıtmışdır. Onların bəzisinə işarə edək:

1. Gözəl rəftar. Ərlə arvadın bir-birinə rəftarı bəyənilən və gözəl olmalıdır. "Onlarla yaxşı rəftar edin və əgər onları xoşlamırsınızsa, (yenə də onlarla keçinin, çünki) çox vaxt siz bir şeyi xoşlamırsınız və Allah onda çoxlu xeyir qoyur". ("Nisa" 19).

Ərlə arvadın bir-birinə qarşı olan ilk haqqı və vəzifəsi odur ki, mehriban, ədəbli, insaflı, vəfadar, iffətli, doğruçu, əmanətdar, xeyirxah, xoş rəftar... olmalıdır.

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət Peyğəmbər (s) buyurur: "İman cəhətdən ən kamil insanlar o kəslərdir ki, əxlaqları gözəl olsun".

2. Həyat yoldaşının diqqətini cəlb etmək. Qadınla kişinin vəzifəsidir ki, səliqələrinə, geyimlərinə, bir-birinin istəklərinə diqqət göstərsinlər. İslam dini qadınlara buyurur ki, evlərində ərləri üçün bəzənsinlər. Ən yaxşı paltarlarını geyinsinlər.

3. Övlad tərbiyəsi. Ana və atanın ən mühüm vəzifəsi - övladlarını yaxşı tərbiyə etməkdir. Onların hər ikisi də bu vəzifəni yerinə yetirməkdə məsuldurlar. Hər ikisi müştərək şəkildə övlad tərbiyəsi yolunda səy göstərməli və cəmiyyətə xeyirli və saleh övladlar təqdim etməlidirlər.

Bundan başqa kişi ilə qadının ayrı- ayrı vəzifələri vardır ki, onların bəzisi ilə tanış olaq.

İlk olaraq kişinin vəzifələrinə işarə edək.

1. Ailənin qəyyumu, yəni ailənin başçısı. Qurani-Kərim buyurur: "Allah bəzilərini (kişiləri düşüncə, ruh və cismani qüvvə baxımından) digər bəzilərindən (qadınlardan) üstün etdiyi üçün kişilər qadınların ixtiyar sahibidir (və buna görə də cəmiyyətin işlərinin peyğəmbərlik və imamət məqamı ilə, eləcə də məsum tərəfindən təyinatla idarə olunmasını kişilərə məxsus etmişdir). Həmçinin kişilər mallarından (arvadlarına) xərclədikləri üçün öz arvadlarının ixtiyar sahibidirlər.

Buna görə də ləyaqətli qadınlar itaətkardırlar və Allahın (onların hüquqlarını) qoruması müqabilində onlar da (ərləri yanlarında olmayanda onların hüquqlarını, sirlərini, mallarını) qoruyurlar.

(Müştərək həyatla bağlı məsələlərdə) itaətsizliklərindən qorxduğunuz qadınlara (əvvəlcə) nəsihət edin və (sonra) yataqda onlardan uzaqlaşın və (əgər yenə xeyri olmasa, şəriət qanunu çərçivəsində) onları vurun.

Beləliklə əgər sizə itaət etsələr, daha (bundan sonra) onlara (əziyyət etmək üçün) bir yol axtarmayın. Həqiqətən Allah məqamı uca və böyükdür". ("Nisa" 34).

2. Ailə xərclərini təmin etmək.

(adsgarden = window.adsgarden || []).push({});