Playstation 5 PS4dən nə ilə fərqlənəcək?


Digərləri 29 Sen 2019 20:35:00 274 0

Playstation 5 PS4dən nə ilə fərqlənəcək?

PlayStation 5-in hələ rəsmi satış tarixi yoxdur. Bununla belə Sony artıq yeni nəsil oyun konsolunun bir xüsusiyyətini açıqlayıb. Şirkətin məlumatlarına görə, PS5 gözləmə rejimində PS4'dən daha az enerji istehlak edəcək.

Son.az techland.az-a istinadən bildirir ki, göründüyü kimi, enerjiyə qənaət xüsusiyyəti əlavə bir seçim olaraq mövcud olacaq. Sony, "PlayStation İqlim Dəyişikliyi ilə Mübarizə üçün Birləşmiş Millətlər Təşkilatına Qoşulur" başlığı ilə bir blog yazısı ilə elan verdi.

Bu seçimdən cəmi 1 milyon insan faydalanarsa, ABŞ-da 1000 evin orta elektrik istehlakına qənaət ediləcək.

(adsgarden = window.adsgarden || []).push({});