Slovakiya Hərbi Hava Qüvvələri MiG29 uçuşlarını dayandırıb


Dünya 29 Sen 2019 18:58:00 232 0

Slovakiya Hərbi Hava Qüvvələri MiG29 uçuşlarını dayandırıb

Slovakiya Hərbi Hava Qüvvələri komandanlığı MiG-29 qırıcılarının təlim uçuşlarını müvəqqəti dayandırmaq qərarına gəlib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin nümayəndəsi Danka Tsapakova bildirib.

D.Tsapakovanın sözlərinə görə, MiG-29 təlim uçuşları şənbə günü axşam Nitrianskiy diyarındakı Zlate Moravetse şəhəri yaxınlığında qəzaya uğraması səbəbindən müvəqqəti olaraq dayandırılıb:

"Bu qərar [milli] hava məkanının təhlükəsizliyinə mənfi təsir göstərməyəcəkdir".