İstanbul derbisindən sonrakı davada ölən olub


Dünya 29 Sen 2019 18:00:00 261 0

İstanbul derbisindən sonrakı davada ölən olub

Ötən gün "Qalatasaray"la "Fənərbaxça" arasında keçirilən derbi oyunu ölümə səbəb olub.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, stadionda matçı izləyən iki azarkeş arasında mübahisə düşüb. Aralarındakı münasibəti aydınlaşdırmağa çalışan şəxslər bu gün yenidən görüşmək qərarına gəliblər. Nəticədə adları açıqlanmayan azarkeşlərdən biri digərini bıçaqlayaraq qətlə yetirib. Onun meyiti yaşadığı evin həyətində tapılıb.

Polis faktla bağlı araşdırma aparır.