Ruhani sabah Ermənistana səfər edəcək


Dünya 29 Sen 2019 17:36:00 245 0

Ruhani sabah Ermənistana səfər edəcək

Sabah İran Prezidenti Həsən Ruhani Ermənistana səfər edəcək.

Son.az APA-ya istinadən bildirir ki, H.Ruhani  İrəvanda Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək.

Səfər çərçivəsində H.Ruhani Ermənistan rəsmiləri ilə də iki tərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə görüşlər keçirəcək. İran Prezidentinin səfəri oktyabrın 1-də axşam başa çatacaq. 

Qeyd edək ki, 30 sentyabr - 1 oktyabr tarixlərində Ermənistanda Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək. Ali Avrasiya İqtisadi Şurasında Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan və Belarus təmsil olunur.