Bakıda yaşayış binasında yanğın olub


Digərləri 29 Sen 2019 17:13:21 274 0

Bakıda yaşayış binasında yanğın olub

Bakıda yaşayış binasında yanğın qeydə alınıb

Bakı. Bakıda yaşayış binasında yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Xətai rayonunda doqquzmərtəbəli yaşayış binasının səkkizinci mərtəbəsində ümumi sahəsi 37 m² olan 1 otaqlı mənzildə ev əşyaları 5 m² sahədə yanıb. Ev yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.