Ramalla Elariz qalmaqalı böyüdü: "Səni sildim"


Şou-biznes 29 Sen 2019 16:06:00 264 0

Ramalla Elariz qalmaqalı böyüdü: "Səni sildim"

Əməkdar artist Elza Seyidcahanın müğənnilər Ramal İsrafilovla Elariz Məmmədoğlunu barışdırmaq cəhdi baş tutmayıb.

Son.az Axşam.az-a istinadən xəbər verir ki, "Ulduzlu yayım" verilişində Ramal yenə də Elarizi tənqid edib.

O, "Musiqiçinin dediyi sözə düzgün yanaşmalıdır. Elariz hansı cürə təbliğ edir, özü bilər. Heç mənə zəng etmədən, məni söyənləri alqışlayır. Özünə tərif yazanları da alqışlayır" deyib.

Veriliş zamanı Seyidcahan Amerikada olan ifaçıya zəng edərək, Ramalın tərəfin tutmağa çalışıb.

Telefonu açıb Ramalı görən Elariz "Səni sildim. Video məndə var" deyərək, telefonu Elzaya verməsini söyləyib. O, İsrafilovla danışmaq istəməyib. O, Ramalın dediklərini danmasını isə qəbul etməyib.