Ən yaxşı smartfonların reytinqi: "iPhone" birinci deyil


Digərləri 29 Sen 2019 15:48:00 311 0

Ən yaxşı smartfonların reytinqi: "iPhone" birinci deyil

Business Insider nəşri qiymətlər və qurğuların funksiyalarını nəzərə almaqla ən yaxşı smartfonların reytinqini açıqlayıb.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, Çinin "OnePlus 7T" smartfonu siyahıya başçılıq edir. O, Business Insider-in rəyinə görə, Android qurğuları arasında məhsuldarlığına görə ən yaxşıdır, gözəl dizayna, əla kameraya və yaxşı avtonomluğa malikdir.

"Apple"in "iPhone 11" telefonu reytinqdə ikincidir. Onun əla, 6.1 düymlük ekranı, güclü prosessoru, həmçinin kamerası var.

"OnePlus"ın "7Pro" adlı modeli isə üçüncü yerdə qərarlaşıb. Nəşr bildirir ki, bu qadcet məhsuldar prosessoru, yaxşı kamerası, eləcə də ən sürətli əl izləri və üz tanınması funksiyaları ilə seçilir.

Dördüncü yerə nəşr "Google" korporasiyasının "Pixel 3a" və "Pixel 3a XL" qadcetlərini layiq görüb. "OnePlus - 6T" smartfonu reytinqin beşinci sırasındadır.

(adsgarden = window.adsgarden || []).push({});