Yunanıstanın bərə gəmisində yanğın


Dünya 29 Sen 2019 14:54:00 255 0

Yunanıstanın bərə gəmisində yanğın

Yunanıstana məxsus "ANEK LAYNS" bərə gəmisində yanğın olub.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, yanğın gəminin qaraj bölməsində baş verib. Avtomatik yanğınsöndürən sistemi işə düşüb və yanğını söndürmək mümkün olub. Təhlükəsizlik baxımından gəmi öz istiqamətini İqumenitsa şəhəri istiqamətinə yönəldib və orada 538 sərnişin və 74 gəmi ekipajı təxliyə edilib. İki nəfər xəstəxanaya yerləşdirilib.